Menu

Xırdalanda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

14.01.2023, 12:58
Xırdalanda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xırdalanda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri Quşçuluq yaşayış sahəsində bir qadının 580 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Şənlik Qasımov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol