Menu

Vaxtanq Kikabidze vəfat edib

15.01.2023, 14:45
Vaxtanq Kikabidze vəfat edib

Tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib. Bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.

Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Şərhlər

Gəncə 2023-01-16 16:33:42

Allah Rəhmət Eləsin !

azər 2023-01-16 08:37:10

allah rəhmət eləsin

RR 2023-01-16 06:34:46

Rehmet, dûshûr o kishye ))

Isibaba 2023-01-15 14:51:50

Sarstvo nebesnoe! Velikim aktyorim i celovekom bil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol