Menu

Mərkəzi Bankdan Rusiya rublu ilə bağlı açıqlama

15.11.2014, 13:25
Mərkəzi Bankdan Rusiya rublu ilə bağlı açıqlama

Son vaxtlar Azərbaycanda bir çox valyutadəyişmə məntəqələrində rus rublu qəbul olunmur.

Buna səbəb kimi rublun məzənnəsinin olduqca aşağı düşməsi əsas gətirilir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankdan belə göstəriş verilməyib: “Əgər hansısa bank və ya valyutadəyişmə məntəqəsi bunu edirsə, qanunsuzdur”.

Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayev də deyib ki, bankın belə bir göstərişi yoxdur, əgər hansısa bank bunu edirsə qeyri-qanunidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol