Menu

Bakıda qatar avtomobillə toqquşub - Xəsarət alan var

16.01.2023, 10:01
Bakıda qatar avtomobillə toqquşub - Xəsarət alan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Şərhlər

Sürücü 2023-01-16 12:07:11

Bu keçid heç cür nəzarət olunmur və belə qəzaların baş verməsi hər an gözlənilir.Münrəzəm hərəkər olmayan dəmir yol xətt daim təhlükə mənbəidir.Quraşdrılmış svetofor həmişə yaşıl yanır.keçiddə qoruyucu ,xəbərdaredici nişamnlar quraşdırılmayıb və yol gedərkən oradan qatar keçə bilməsi yol nişanları yoxdiur.Bu sahə nəzarətdə olmalıdır və müvafiq yol nişanları,qoruyucu,xəbərdar edici siqnalizasiya qurulmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol