Menu

AZƏRBAYCANDA SABİQ NAZİR VƏFAT ETDİ - FOTO

17.01.2023, 10:12
AZƏRBAYCANDA SABİQ NAZİR VƏFAT ETDİ - FOTO

Sabiq nazir Namiq Nəsrullayev 78 yaşında dünyasını dəyişib.

"AzPolitika.info" xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.

N. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

Xatırladaq ki, o, Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.

Allah rəhmət eləsin!


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol