Menu

“Nüvə enerjisi olan ölkənin kredit istəməsi ayıbdır” – Baş nazir

17.01.2023, 11:23
“Nüvə enerjisi olan ölkənin kredit istəməsi ayıbdır” – Baş nazir

“Bir əlimizdə nüvə bombası, digər əlimizdə dilənçi qabının olması ayıbdır”. 

Bunu Pakistan İnzibati Xidmətinin (PAS) məmurları üçün sınaq müddəti ilə bağlı keçirilən mərasimdə Baş nazir Şahbaz Şərif deyib.

O, bildirib ki, nüvə enerjisi olan ölkənin əlavə kredit istəməsi həqiqətən utancvericidir və xarici kredit axtarışı Pakistanın iqtisadi problemlərini həll etmək üçün düzgün həll yolu deyil, çünki kreditlər geri qaytarılmalıdır. Baş nazir Pakistanın Təhrik-e-İnsaf (PTI) partiyasını tənqid edərək, “keçmişdə vaxt xaos və etirazlara sərf olundu” deyə vurğulayıb.

Baş nazir ölkənin üzləşdiyi iqtisadi çağırışlara dair öz nöqteyi-nəzərini açıqlayaraq, son 75 il ərzində istər siyasi rəhbərlik, istərsə də hərbi diktatorlar tərəfindən idarə olunan müxtəlif hökumətlərin iqtisadi problemləri həll edə bilmədiklərinə təəssüflənib.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol