Menu

Aslan Aslanovun kirvəsi Murova göndərildi

13.11.2013, 16:06
Aslan Aslanovun kirvəsi Murova göndərildi

Nazir vəzifəsinə təyin olunduqdan 3 gün sonra imzaladığı əmrlə Hərbi Polis İdarəsinin rəis əvəzi Bədir Həsənovu vəzifəsindən çıxaran Zakir Həsənov onun təyinatını cəbhə bölgəsinə verib.

“Axar.az” xəbər verir ki, nazir Zakir Həsənov Bədir Həsənovu Murovdakı hərbi hissələrdən birinə tabor komandiri göndərib.

Xatırladaq ki, palkovnik-leytenant Bədir Həsənov peşəkar kadr deyil, ön cəbhədə isə adətən qeyri-peşəkar zabitlər üçün xidmət dözülməz olur.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən şəxs bu yaxınlarda vəzifəsindən azad edilən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovla kirvədir. Yeni nazirin məhz Bakıda hərbçi jarqonu ilə ifadə etsək “şellənən” bu zabiti cəbhə bölgəsinə göndərməsi rəğbətlə qarşılanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol