Menu

Yol qəzasında yaralanmış FHN-in sürücüsü vəfat edib

18.01.2023, 10:42
Yol qəzasında yaralanmış FHN-in sürücüsü vəfat edib

Yol qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.

"Report" xəbər verir ki, hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb.

Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində yol qəzasına düşüb.

O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol