Menu

NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır, məqsəd hakimiyyəti devirməkdir - Sergey Lavrov

18.01.2023, 12:50
NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır, məqsəd hakimiyyəti devirməkdir - Sergey Lavrov

Qərbin sanksiyalarının məqsədi Rusiyada hakimiyyətin devrilməsidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Qərb ölkələrinin artıq açıq şəkildə Rusiyada məqsədlərinin nə olduğunu bildirdiklərini söyləyib: "Artıq maskalar düşüb. Qərbin sanksiyalarının məqsədi Rusiya xalqına qarşı yönəlib ki, onlar ayağa qalxıb hazırkı Rusiya rəhbərliyini devirsinlər", - deyə Lavrov vurğulayıb.

XİN başçısı vurğulayıb ki, NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol