Menu

Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin görüşü olub

18.01.2023, 15:45
Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin görüşü olub

Azərbaycan nümayəndəsi və Qarabağ ermənilərinin Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə görüşü keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Laçın yolunda yaranmış vəziyyət barədə danışarkən bildirib.

Görüşün dünən, ya da srağagün baş tutduğunu qeyd edən Rusiya XİN başçısı məsələnin yaxın vaxtlarda həllini tapacağını düşündüyünü vurğulayıb.

Şərhlər

t.ədalət 2023-01-18 15:55:39

Bu çox pis informasiyadır.Müharibə adi insanların səviyyəsində yekunlaşmır.Görünür,rus imperiyası münaqişənin rəsmi sənədlərlə bitməsindən narahatdır.Bəlkə regiondakı çobanlar arasında da bir görüş keçirək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol