Liviya ordusu tərəfindən şübhəli bilinərək həbs edilən doqquz Türkiyə vətəndaşı BMT-nin Liviyadakı nümayəndəliyinin müraciətindən sonra təşkilat rəsmisi Bernardino Leonun müşayiəti ilə Ankara hökumətinə təhvil verilib.
Bu barədə SalamNews "Al Jazeera"ya istinadla xəbər verir.
Doqquz Türkiyə vətəndaşı Liviyanın hərbi münaqişə zonası olan Benqazi şəhərində hökumət ordusu tərəfindən girov götürülmüşdü.
Qeyd edək ki, hazırda bu şəhərdə Liviya ordusunun keçmiş generalı Xəlifə Xəftər təkfirçi qruplara qarşı əks-hücum əməliyyatları həyata keçirir.
Xatırladaq ki, iyun ayında rəsmi Ankara general Xəftərin təhdidlərindən sonra 400 vətəndaşını Liviyadan təxliyyə edib. X.Xəftər Türkiyəni təkfirçi qruplaşmalara dəstək verməkdə ittiham edir.


Şərhlər