"Apple" şirkətinin bu yaxınlarda - sentyabrda yeni nəsil "iPhone"u buraxmasına baxmayaraq, yaradıcı ağıl gələcəyə baxır.
SalamNews-un "macdigger.ru" saytına istinadla verdiyi xəbərə görə, məşhur rəssam Martin Haek təqdimatı gələn ilin payızında keçirilməli olan növbəti “alma” rabitəçisi haqqında cızdığı təsviri belə ifadə edib.
Təqdim edilən konsept ehtimal edir ki, "iPhone 7" ən müasir materialların tətbiqi ilə hazırlanacaq. O, böyük mexaniki sərtliyi ilə fərqlənən ikiölçülü kristallik strukturlu karbon bazası əsasında nanomaterialdan ibarət olacaq.
Dizaynerin fikrincə, "iPhone 7"nin aşağı kənarlarından başlayaraq yuxarı hüdudlarına qədər, praktiki olaraq, bütün ön paneli sensor paneldən ibarət olacaq. "Home" düyməsi və səs dinamikinin ətraf hissəsini interaktiv elementlər tamamlayır. Yuxarı hissədə şəbəkə indikatoru, saat və batareya piktoqramı yerləşir. Aşağı hissədə isə dizayner idarə məntəqəsinin əsas elementlərini – fənər, ekran dönməsinin bloka salınması, kamera və "Bluetooth" düymələrini yerləşdirib. Bununla belə, tapşırıqdan asılı olaraq, displeydə düymələrin yeri dəyişə bilər.
"iPhone 7"nin daha az radikal olan ikinci modeli də var. Onun ekranı təkcə yan çərçivələrdən məhrumdur. Hər iki smartfon korpusun əvvəlki faktor formasını saxlamaqla, hazırkı nəsil modellərin erqonomikasını qoruyub.





Şərhlər