Menu

Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumat yayanlar cərimələnəcək

19.01.2023, 10:30
Məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumat yayanlar cərimələnəcək

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimə müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Şərhlər

Vətəndaş 2023-01-19 14:00:16

Bəs gecəliklə tutulub həbs edilənlər?Məhkəmə araşdırmamış həbs qərarı verə bilərmi?Axı bizim indiki məhkəmələr gecə qərarları ilə nə qədər adamı həbs etdirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol