RUS MEDİASI “ÇİRKAB PÜSKÜRÜR”...

Mirzə AĞ

Ermənistan hökumətinin başçısı adəti üzrə yalan-palan generasiya etməkdədir. Onun davranışlarını izlədikcə, müşahidəçidə elə təsəvvür yaranır ki, Nikolçik «mal qızdırması»na tutulub və hərarət içində sayıqlayır. Amma ilk baxışda belə görünür, dərindən nəzər saldıqca məlum olur ki, bu dığa gerçək «idiot»dur və utanmadan sarsaq-sarsaq danışmaqda mahir «natiq»dir - bir növ, Siseronun yeni sortudur. Onun idiot olmasını isə erməni şərhçilərin əksəriyyəti etiraf edir…

Bu yazdıqlarımı təcrübi «detallar»la əsaslandırmağa çalışacam. Məsələn, yanvarın 18-də Paşinyan Ermənistan parlamentinin iclasında suallara cavab verərkən «müdrikliklə ərz edib ki… “Azərbaycan sülh prosesini pozmağa cəhd edir və «bununla da Azərbaycan rəhbərliyinin arqessiv bəyanatları izah olunur” və s. «Ponos ki, ponos». Rus mediası da adəti üzrə Paşinyanın ponos ağzından ifraz etdiyini havada tutur, görünməmiş canfəşanlıq və ustalıqda üzərində işləyir, «istiot-duz» əlavə edir (əksər halda qədərindən də artıq!), mikrodalğalı sobada bişirir və delikotes adı ilə dünya dövlətlərinə, siyasi dairələrinə təklif edir. Onlar da fərqinə varmadan, bu delikatesi məmnuniyyətlə menyularına əlavə edir, hərdənbir «siyasətlə məşğul oluruq» görüntüsü yaratmaq üçün neandertal ağlının məhsulu ola biləcək bəyanatlar porsiyası halında dünyaya «səpələyirlər»…

Nikolçik bundan əvvəl də adəti üzrə hətərən-pətərən danışmağından qalmayıb. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin fikirləri və Laçın dəhlizi məsələsində Bakının fəaliyyəti bu respublikanın beynəlxalq öhdəlikləri ilə ziddiyət təşkil edir. Beynəlxalq birlik də Laçın dəhlizinin blokadasını qeydə alır və Azərbaycanın aqressiv bəyanatları sülh prosesinə mane olur - bir sözlə, «adımı qoyaram sənə, səni də yana-yana».

İndi isə diqqət yetirək, görək 44 günlük İkinci Qarabağ müharibəsində total məğlubiyyətə uğramış Ermənistanla bu müharibənin qalibi Azərbaycan arasında «postmüharibə» sənədi - sülh müqaviləsi nə üçün indiyə qədər imzalanmayb?! Bunun yeganə səbəbi məhz Ermənistan hökuməti və onun idiot Baş naziri Nikol Paşinyandır ki, o, ötən 2 ildə sülh müqaviləsini imzalamamaq üçün görünməmiş simasızlıq nümayiş edirib, dünyanı heyrətə gətirə biləcək yalanlarla günləri «sota verib». Onun bu simasızlığı artıq Azərbaycan tərəfini təngə gətirib. Odur ki, bu «qaçdı-tutdu»dan usanan Azərbaycan rəhbərliyi məcburiyət qarşısında Nikola ismarış göndərib: «Delimitasiya etmirsənsə, sülh müqaviləsi bağlamırsansa, heç cəhənnəmə et. Mənim də sərhədim haradan istəsəm, oradan keçəcək…»

Belədə, Vovayeviç növbəti həyasızlığa imza atır, deyir ki, Azərbaycan tərəfi aqressivlik göstərir və s.

Bu idiot hər qəqiqə bir «ağıla gəlir». Odur ki, onunla danışmağın, nəyi isə müzakirə etməyin özü apriori uğursuz bir məşğuliyyətdir. Nikol özü bunu hamıdan yaxşı anlayır, amma bu davranışdan yararlanıb da baş girləməyindən qalmır. Belədə, ağızdan ponos Nikol erməni xalqının pulları hesabına dünyanı gəzib, iri dövlətlərdən «yardım dilənir», dəstək istəyir. Onların da bir çoxu çirkab içində kef çəkdiyi səbəbilə, fərqinə varmadan Nikolun yalanlarını cavabsız qoymur, Ermənistana silah-sursatla kömək edir, siyasi dəstək verir və s. Belə ki, uzaq-yaxın ölkələrin nə vecinədir, erməni ac qaldı, ya tox oldu, Laçın dəhlizi bloklanıb, ya yox?

Ümumiyyətlə, Laçın (dəhliz) özü haradadır, Qarabağda erməni necə yaşayır, minanı necə basdırır, səngəri necə qazır, çaxırı necə içir, Vartan nə qədər qazanır və s.?

Amma rus mediası erməni ləhcəsində danışmaqda davam edir. Bu keçinin quyruğu dikdir, Nikol da özünü bu quyruğa «aşiq» olubmuş kimi, göstərərək, dil qəfəsə qoymur - elə hey «sirun axçi» deyib də, pəsdən zümzümə edir…

635x100

Şərhlər

Adam 2023-01-19 11:09:34

Bu muellifin bir aydin shekli yoxdur? Bu bulaniq shekli niye qayursunuz?

Son yazılar