Menu

Bakıda qardaş hamilə bacısını bıçaqlayıb

19.01.2023, 23:44
Bakıda qardaş hamilə bacısını bıçaqlayıb

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb. Daha sonra o kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda o, cərrahi əməliyyat edilir.

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol