Azərbaycanla Türkiyə arasında uzun illərdir gündəmdə olan viza problemi qismən öz həllini tapacaq. Bu barədə Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə bildirib. Prezident müvafiz suala cavabında deyib ki, ikitərəfli razılaşmaya əsasən bundan sonra Türkiyə iqtisadiyyat nazirliyinin təqdim edəcəyi siyahı əsasında Azərbaycanla müəyyən bağlılığı olan Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq olunacaq.
Həmin brifinqdən videofraqmenti təqdim edirik:


Şərhlər