Menu

"TikTok"da 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb

20.01.2023, 13:27
"TikTok"da 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb

"TikTok" sosial şəbəkəsində 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Bildirilib ki, "TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və qeyd edilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Şərhlər

SADİQ 2023-01-22 12:59:26

Bu Vətən xaini fa..... niyə həbs edilmir?

Veteran 2023-01-21 23:12:13

Belə əxlaqsızları birdəfəlik çıxdaş etmək lazımdır.Həşaratlar son 30 ildə dahada çoxalıblar.

t.ədalət 2023-01-20 17:02:11

Belə adamlar ölkəmizdəki gizli xainlərin əli ilə idarə olunur.Oğurluq və digər tərbiyəsizlik etmək üçün məscidlərə girib islam dininə rəxnə salmaq istəyənlər,Allaha ibadətə əngəl yaratmaq üçün murdar itə pərəstiş edənlər və s.hamısı Vatikandan idarə olunur.Xalq bu xəyanətin ünvanını tapıb cəzalandırmasa türklüyümüz və müsəlmanlığımız təhlükə altında qalacaq.Dini və əxlaqı zədələnmiş adamlar üçün müstəmləkədə yaşamaqla hürr olmağın heç bir fərqi yoxdur.

Eli 2023-01-20 16:18:07

Bu “ xanımın” bele bir günde bu fikirleri seslendirmesinin iki sebebi ola biler:birincisi bu qanıqarışıq ermenidir ve yaxud da delidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol