İki gün əvvəl Ermənistan ordusunun hərbi hissisəində baş vermiş yanğın nəticəsində yaralanan hərbçilərən sıravi Hayk Kirakosyan ölüb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə erməni mediasına ölən əsgərin qohumu Meline Kirakosyan bildirib.
“Hayk Kirakosyan Armavir rayonunun Metsamor kəndindən idi. Qardaş və bacısı olan ailənin böyük uşağı idi. Yanvarın 24-ü onun orduya çağırılmasının bir ili tamam olmalı idi. Hayk Kirakosyan sentyabr hərbi əməliyyatlarının iştirakçısı olub”, - məlumatda qeyd olunur.
Əsgərin qalıqları hələ də valideynlərinə təhvil verilməyib, bundan əvvəl əsgərin nəşi DNT testindən keçməsi lazımdır.
Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin Geqarkunik rayonunun Azat kəndi ərazisində yerləşən mühəndis rotasının sığınacağında yanğın baş verib. İlkin məlumata görə, yanğın nəticəsində 15 hərbçi həlak olub, 6 nəfər yaralanıb, onlardan biri zabitdir.
“AzPolitika.info”


Şərhlər