Menu

MSK-dan yeni qərarlar

15.11.2014, 16:37
MSK-dan yeni qərarlar

Noyabrın 14-də Mərkəzi Seçki Komissiyası dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yeni qərarlar qəbul edib.

Seçki bülleteninin mətni və forması təsdiq edilib, ümumilikdə 4 milyon 976 min 302 bülletenin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

Bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

“Media forum” saytı bildirir ki, bələdiyyə seçkilərinə indiyədək Demokratik İslahatlar, Sosial Demokrat, Böyük Quruluş, Ana Vətən, Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ümid və Milli Dirçəliş Hərəkatı partiyaları qatılmışdı.

118 seçki dairəsini əhatə edən seçkilərdə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Seçki Məcəlləsinə görə, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına pulsuz efir vaxtı ayrılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol