Menu

Xankəndi-Laçın yolu aksiyaya baxmayaraq, humanitar məqsədlər üçün açıqdır - FOTO

22.01.2023, 10:04
Xankəndi-Laçın yolu aksiyaya baxmayaraq, humanitar məqsədlər üçün açıqdır - FOTO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 42 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Şərhlər

ƏNHU 2023-01-22 21:41:24

Laçın yolu humanitar məqsədlər üçün açıqdır, bu gün filan qədər maşın keçdi kimi frazalar adamın ətini tökür. Axı, kim bu yük maşınlarının adını humanitar məqsədli maşınlar qoyub? Bəlkə o maşınlarda daşınan bombadır. Kimyəvi silahdır. Minadır. Urusa inanmaq olarmı? Yəni bu ölkədə bircə nəfər tapmaq mümkünmüdür ki ,o rusa etibar etsin? ... Bu yolu niyə bağlamırsınız? Kimdən qorxursunuz? Sanksiyardanmı? Cəhənnəmə olsun sanksiya! Türk millətinin bir şüarı var. O da BƏDƏLİ NƏ OLURSA OLSUN ŞÜARIDIR!

Xəyal Sərvətov 2023-01-22 12:05:49

İllərlə Azərbayxan xalqına qarşəı soyqırım cinayətlərini ört-basdır edənlərdən təsadüfi hümaniz gözləmək ... elə xam xəyalədır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol