Çinin Xarici İşlər naziri Qin Qanq Əfqanıstanın Xarici İşlər naziri Əmir Xan Müttəki ilə telefonla danışıb. O, “Taliban” hökumətindən Əfqanıstandakı Çin vətəndaşlarının təhlükəsizliyini təmin etməyi tələb edib.
“AzPolitika.info" “khaama press"-ə istinadən xəbər verir ki, Qin Qanq əfqanıstanlı həmkarından bu tələbi Kabilin paytaxtında Çinə məxsus otelə edilən və beş çinlinin ağır yaralanması ilə nəticələnən hücumdan cəmi bir neçə həftə sonra edib.
Müttəki Əfqanıstan ərazisindən heç bir qüvvənin Çinin maraqlarına xələl gətirəcək fəaliyyətlərinə icazə verməyəcəklərini vurğulayıb. Qeyd edib ki, Əfqanıstan terrorizmin bütün formaları ilə amansız mübarizə aparacaq və Çin vətəndaşlarının və qurumlarının təhlükəsizliyini təmin etmək üçün güclü tədbirlər görəcək.
Çinli nazir deyib ki, Pekin Əfqanıstan vətəndaşlarının güzəranını yaxşılaşdırmaq üçün bu ölkənin iqtisadi və sosial inkişafına daha çox töhfə verməyə hazırdır.
Müttəki isə əlavə edib ki, Əfqanıstan Çinin regional məsələlərdə daha kritik rol oynamasının, Pekinlə dostluq və əməkdaşlığı gücləndirməsinin tərəfdarıdır.
“AzPolitika.info”


Şərhlər