Menu

MOLLA ABSURD DANIŞIR

23.01.2023, 13:00
MOLLA ABSURD DANIŞIR

Molla hökumətinin Xarici İşlər naziri Abdulla(yan) bəyan edib ki, İran bütün gücü ilə Ukraynada atəşin dayandırılmasına can atır.

Bu absurdu yanvarın 21-də “Pars Today” agentliyi yayb.

Bunun absurd olduğuna isə heç bir şübhə yeri yoxdur. Nədən ki, Ukrayna müharibəsi başlayandan sonrakı dövrdə işğalçı Rusiyanı döyüş silah və sursatları ilə təchiz etməkdə xüsusi canfəşanlıq göstərmiş İranın, özü də Rusiyaya yönəlik total sanksiyalar fonunda, qəflətən-naçar durub belə sarsaq bəyanat verməsinə inanan olmaz. Elədə, bəs bu Abdullahyan bu bəyanatı kimin üçün «irad eliyib»?

Aydındır ki, həm bəyanat müəllifi, həm də onu tirajlayan agentlik bu absurdu məhz axmaqlar üçün nəzərdə tutub, ağlı başında olanlar isə buna inanmaz. Həm də ümumiyyətlə, molla hökuməti buynuzlu yalanlar uydurmaqda mahirdir və bundan heç utanıb da çəkinmir. Məsələn, ehsan plovundan köpüncə «təpələşdirən» və çox yeməkdən partlamaya düşən molla bicok gözlərini gecənin qaranlığına gilləyib də deyir: 

«Baxın, deyəsən o uzaq ulduzda ehsan verirlər».

Ətrafdakı sadəlövhlər təəcüblə: «Molla əmi, sən hələ doymamısan?»

«Yarımcan» molla böyründəki ölmüş mollanın (o da çox yeməkdən!) meyitini göstərib, deyir: «Əşi, doyan bu rəhmətlik kimi olar…»

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Senan 2023-01-23 14:32:30

Bəs neynəsin c.abdullaxiyar elə bilir ki hamı xiyardı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol