Avropa İttifaqı (Aİ) insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.
Bildirilib ki, "qara siyahı"ya həmçinin İrana bağlı 18 fiziki və 19 hüquqi şəxs də daxil edilib.
***
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün İrana qarşı dördüncü sanksiyalar paketini razılaşdırıb.
APA xəbər verir ki, bu barədə İsveçin Aİ sədrliyinin Tvitter səhifəsində məlumat verilib.
“XİN başçılarının bugünkü iclasında nazirlər İrana qarşı yeni sanksiyalar paketini qəbul ediblər", - məlumatda deyilir.


Şərhlər