Menu

Rusiya XİN “Qurani-Kərim”in yandırılmasını pisləyir

23.01.2023, 21:27
Rusiya XİN “Qurani-Kərim”in yandırılmasını pisləyir

Moskva Stokholmda “Qurani-Kərim”in yandırılmasını pisləyir və radikallara qarşı tədbir görməyə çağırır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin dini etiqad azadlığı hüququna əməl olunması sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviçin bəyanatında deyilir.

“Biz bu cür cinayət əməllərini pisləyir və rədd edirik. Radikallara qarşı tədbir görülməsinə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Askaldoviç dinlərarası nifrətin qızışdırılmasında və dindarların təhqir olunmasından narahatlığını ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol