Menu

Maşınlara plyonka çəkilməsi qaydası təsdiqləndi

23.01.2023, 23:31
Maşınlara plyonka çəkilməsi qaydası təsdiqləndi

Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

- minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

- yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.

Şərhlər

X DADASYEVE 2023-01-24 15:12:16

Doğrudur. Biz niyə beləyik? Vallah birdən elə arzulayıram bir meşədə yasiyam. Sonunu orda gözlüyem. Allah bizə rəhm eylesin

RR 2023-01-24 04:34:23

Tramvaya harda cekdire bilerem, plyonka?

dadaşyev 2023-01-24 00:53:12

Təsəvvür etmək istədim ki,Yaponiyada,İngiltərədə,Almaniyada belə qərara və də belə qərarın baş nazir tərəfindən verilməsinə o cəmiyyətlərin reaksiyası necə olardı.”Yeni il zarafatı” deyib gülərdilər hər halda.Çünki maşından niyə pərdə asılsın ki?Və ya maşının pəncərələrinə niyə plyonka çəkilsin ki?Bizdə “qapı-pəncərəni ört,pul sayanda görən olmasın” prinsipi genimizə elə girib ki, paz vursan da çıxmaz.Villaların həyətində kabab çəkəndə də manqalı yandırmazdan əvvəl darvazanı bərk-bərk bağlayıb lomla,armaturla da pərçimləyirik ki,kababın iyi çıxanda qonşu-filan birdən gəlib eliyər,bir-iki tikə ona da vermək məcburiyyətində qala bilərik.Hasarları da ona görə divlərin qalaçaları boyda eliyirik ki,eyş-işrət məclislərimizi görən olmasın.Bizim ümumiyyətlə cəmiyyət olaraq düşüncələrimizdə sağalmaz bir xəstəlik var.O xəstəliyi sağaltmadan heç vaxt heç bir əsrə uyğunlaşmamışıq.,həmişə əsrdən geri qalmışıq.”Əzəlindən salan olsaydı əgər başa bizi,Cəhlimiz salmaz idi bunca qərarlara bizi,Azacıq elmimiz olsaydı əgər əsrə görə,Ehtiyac duydurmazdı plyonkaya,pərdəyə bizi”.Vahidə nəzirə yazmaq istədim,bir az qafiyə düz gəlmədi deyəsən.Amma vallah düz gəlsə də bunnanıq,düz gəlməsə də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol