“Omikron”un müasir versiyaları ümumi xüsusiyyətlərə malikdir” - ÜST

Koronavirusun “omikron” ştamının müasir variantları yuxarı tənəffüs yollarında təkrarlanma və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) "Report"a verilən məlumata görə, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etməsinə ehtiyac yoxdur.

ÜST-dən bildirilib ki, virusoloqlar və digər elm adamları “omikron”un yeni variantlarını izləyirlər: "Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar