Ukraynada daha bir vəzifəli şəxs istefaya göndərilib

Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker istefa verib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib. Nazir müavini vurğulayıb ki, qərarı ilin əvvəlində versə də, bu, indi reallaşıb.

İstefanın səbəbi açıqlanmayıb. İ.Luker əlavə edib ki, gələcək planlarla bağlı təfərrüatlar tezliklə açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov istefa verib. O, ərzaq məhsullarının alınması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən azad edilib.

Həmçinin Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenkonun da istefasını təsdiqləyib.

Bu günlərdə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç də istefa verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar