Deputat XİN əməkdaşlarını tənqid edib - "Nazirlikdə Azərbaycan dilini bilən yoxdur"

Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur. "Report" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır: “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”.

635x100

Şərhlər

afiq 2023-01-24 22:35:37

"qeyri -maddi mədəni" irs əvəzinə elə mədəni irsimiz yazılmalıdır,bunun maddisi də,maddi olmayanıda mədəni irsin tərkibinə daxil olmuş olur

t.ədalət 2023-01-24 17:16:13

Azərbaycan dilini bilməyən kadrlarla ermənilər arasında bir fərq yoxdur.

Son yazılar