Eldar Mahmudov nə qədər pensiya alır?

“Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gununsesi.info” özəl mənbələrə istinadla xəbər yayıb. 

Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanmasının səbəbi onun uzun illər müxtəlif vəzifələrdə çalışması, daha sonra 9 il (2006-2015) nazir vəzifəsi daşıması ilə bağlıdır.

Xatırladaq ki, E.Mahmudov 1956-cı ildə anadan olub, pensiya yaşına (65) 2021-ci ildə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Gununsesi.info”nun keçmiş nazirin pensiyası ilə bağlı sorğusunu cavablandırmaqdan imtina edib. Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, Azərbaycanda minimum pensiya 280 manat müəyyən edilib. Bu məbləğ E.Mahmudovun aylıq təqaüdündən 21.5 dəfə azdır.

Eldar Mahmudov 2015-ci ildə Milli Təhlükəsizlik naziri vəzifəsindən çıxarılıb, adı çəkilən nazirlik ləğv edilərək onun bazasında Dövlət Təhlükəsizliyi xidməti və Xarici Əks Kəşfiyyat Xidməti yaradılıb. Keçmiş nazirin komandasının 22 üzvü ağır cinayətlərdə ittiham edilərək istintaqa cəlb olunub, daha sonra həbsxanaya göndərilib.

Rasim

“AzPolitika.info” 

635x100

Şərhlər

Senan 2023-01-24 20:09:07

Dövlət sosial yardım da versəydi "lap yaxşı olardı.bir poliklinika və bir də klinika tam olaraq onunla məşğul olsaydı yaxşį olardı

dadaşyev 2023-01-24 18:49:32

Bəs deyirdilər bu cinayətkardı filandı.Cinayətkara pensiya verirlər?Pensiya verirlərsə necə cinayətkardı?Camaat arasında sərbəst gəzib dolaşan cinayətkarlardandı?Qanunda cinayətkarların sərbəst gəzməsi kimi bir şey var görəsən?Yox əgər həbs edilməyibsə demək cinayətkar deyil bu.İki dəfə iki dörd eləmir ki?

Mubariz 2023-01-24 16:51:06

6000 min manat çox azdır , bəs deyirdiz tutacaqlar ? Hələ bir pensiyada verirsiz ,AzPolitika sizdən xahiş edirəm yardım kompaniyası təşkil edin ,yazıqdı

Son yazılar