Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi azad etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsi fəal Bəxtiyar Hacıyevin girov müqabilində azadlığa buraxılmasından imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib.

Vəkil Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, fəalın vəziyyəti pisləşməyə davam edir, aclığın 16-cı günündə başgicəllənmə, aşağı təzyiq və huşunu itirmə adi hala çevrilib.

İstintaq Təcridxanasının həkimi Hacıyevi müayinə edib və beyində və ürəkdə dönülməz proseslərin baş verməsi təhlükəsi olduğunu qeyd edib. Amma İstintaq Təcridxanasında kompüter tomoqrafiyası və exokardioqramma üçün avadanlıq yoxdur.

Vəkil qeyd edib ki, fəal müvafiq müayinələrin keçirilməsi zərurətinə diqqət çəkib.

Mədə qanaxmalarına gəlincə, Hacıyevdən qan analizi götürüblər, amma nəticəsi hələ məlum deyil.

Qeyd edək ki, Apellyasiya Məhkəməsinin bugünki iclasına diplomatik korpusun nümayəndələri də gəlib, amma iclas zalına heç kim buraxılmayıb.

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də o, aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra o, aclığı bərpa edib və bu günə qədər aksiyanı davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar