Danimarkanın ekstremist sağçı “Hard Course” (“Sərt kurs”) partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında anti-İslam təxribatı həyata keçirərək, müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırması böyük narazılıqlara səbəb olub. Bir sıra dünya ölkələri sözügedən hadisəni pisləyərək, bu cür alçaq hərəkətlərin yolverilməz olduğunu dilə gətiriblər.
İyrənc təxribatın Türkiyə səfirliyinin qarşısında həyata keçirilməsi və İsveç hökumətinin bilərəkdən buna göz yumması iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bizdən dəstək gözləməməlidirlər” sözlərindən sonra İsveç və Finlandiya ilə fevral ayında keçirilməsi planlaşdırılan üçtərəfli görüşün qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir. Bu hadisədən qısa müddət keçməsinə baxmayaraq, təxribatın pərdə arxasındakı qaranlıq məqamları yavaş-yavaş ortaya çıxmağa başlayıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, aksiyanın başında duran Paluda Qurani-Kərimi yandırmağın onun ideyası olmadığını, bunu Çanq Frik adlı jurnalistdən aldığı qonorara görə etdiyini iddia edib.
Xəbərdə Frikin Paludanla mesajlaşma yolu ilə əlaqə saxladığı, lakin onların Quranın yandırılması məsələsini müzakirə etmədikləri qeyd olunur.
Frikin sözlərinə görə, Paludan qonorarı aldıqdan sonra Quranı yandırmaq istədiyini söyləyib: “Şəxsən mən heç vaxt heç kimi dini kitab yandırmağa və ya bunu özüm etməyə təşviq etmərəm”.
Frik daha sonra Paludana Türkiyə bayrağını yandırmağı təklif etdiyini, ancaq Paludanın bu təklifə məhəl qoymadığını, Quranı yandırmaq qərarına gəldiyini deyib.
“AzPolitika.info”



Şərhlər
Elə bir sarsıdıcı zərbə gözləyir ki, sizin kimi kafirləri... Başda Allah olmaqla, hər kəsin qəzəbinə tuş gələcəksiniz, alçaqlar!
Hörmətli AzPolitika həmin şəxsin daha əvvəl Marqo Simonyanln rəhbəri olduğu RT -telekanalında çalışdığını da qeyd etsəniz daşlar yerində oturacaq