Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının təsdiqinə verilib.
Bu barədə icmanın Mətbuat xidmətindən bildirilib.
Belə ki, artıq xeyli vaxtdır Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində iş davam etdirilir. Bu gün İcmanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, İcmanın strukturlarında təmsil olunan ziyalılar, mütəxəssislər iştirak ediblər.
İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlərin, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirildiyini, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürüldüyünü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflərin daxil olduğunu, bütün bu təkliflərin İşçi Qrupunda sistemləşdirildiyini, təhlil edilib ümumiləşdirildiyini və sənədin layihəsinin hazırlandığını bildirib.
İclas iştirakçılarına təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, layihə qəbul edilib və prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi qərara alınıb.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Konsepsiya layihəsinin hazırlanmasında və qəbulunda iştirak edən hər kəsə İcma rəhbərliyi adından öz dərin təşəkkürünü bildirib.
Müşahidə Şurası özünün sabahkı (yanvarın 26-da) keçirəcəyi iclasında Qayıdış Konsepsiyasının təsdiqi məsələsinə baxacaq.


Şərhlər
Bu nə gerbdi belə? Bunun müəllifi kimdir? Belə də primitivlik olarmı? İndi neçənci əsrdir? Bu nə şir, bu nə qılınc, bu nə lirikadır belə? Ayıb deyilmi? Yəni içinizdə rəmzlərlə düşünməyi, atribut və simvolları sivil düşüncə tərzi ilə seçməyi bacaran, az-çox qrafik üslubdan başı çıxan kimsə yoxdurmu? Gerbiniz türkçülük və islamın ziddini simgələyir. Tovuz quşu quyruğunun isə nə demək olduğunu hamı bilir və mövzuya girmirəm. BİR SÖZLƏ BU GERB DƏYİŞMƏLİ VƏ TÜRKÜN DÖNÜŞÜNÜ ƏKS ETDİRMƏLİDİR.
Hörmətli Azpolitika, xahiş edirəm bir güzarını həmin təşkilata sal.