Menu

Ukrayna ordusu Soledardan geri çəkildi – Əvvəldən hazırlanmış mövqelərdə dayanıb

25.01.2023, 16:50
Ukrayna ordusu Soledardan geri çəkildi – Əvvəldən hazırlanmış mövqelərdə dayanıb

Ukrayna Silahlı Qüvvələri Soledardan geri çəkilib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun nümayəndəsi Çerevati Spilniy bildirib.

Onun sözlərinə görə, komandanlıq tərəfindən belə qərar qəbul edilib ki, Ukrayna hərbçiləri şəhər yaxınlığında yeni mövqelər tuta bilsinlər: "Aylarla davam edən şiddətli döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələri Soledarı tərk edərək əvvəlcədən hazırlanmış mövqelərə getdi", - Çerevati bildirib.

Qeyd edək ki, son həftlərdə bu şəhərdə, eləcə də Baxmut ətrafında baş verən döyüşlərdə Rusiya ordusu minlərlə hərbçi itirib. Ukrayna kəşfiyyatı həmin ərazidə “Vaqner” PMC-nin 4 mindən artıq muzdlusunun məhv edildiyini bildirib.

Xarici mənbələr Ukrayna Silahlı Qüvvələrinin də itkilərinin az olmadığını təsdiq ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol