Rektor İctimai Şura qarşısında hesabat verdi - FOTOLAR

"İctima İştirakçılıq" haqqında Qanununa uyğun olaraq Komitələrdə, Nazirliklərdə, Ali məktəblərdə İctimai Nəzarət Şuraları yaradılıb. Qeyd etmək lazımdır ki, UNEC nəzdində yaradılmış İctimai Şura üzvləri bu Ali məktəbdə mütəmadi olaraq vətəndaşların qəbulunda, semestr imtahanlarında, keçirilən tədbirlərdə, Elmi Şuranın iclaslarında , müəllimlərin Attestasiyasında iştirak etmiş, tələbələr arasında sorğuların keçirilməsini təşkil etmişdir". 

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev öz "facebook" səhifəsindən paylaşdığı yazıda məlumat verib. 

Millət vəkili daha sonra yazıb:  "Bu gün UNEC İctimai Şurasının üzvləri Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə birgə UNEC-də görülmüş işlərlə yaxından tanış olduq: öncə UNEC Şəhidlər abidəsini ziyarət etdik, 7/24 kitabxanası, UNECExtern Mərkəzi, Bloomberg maliyyə laboratoriyası, UNEC Distant Təhsil Mərkəzi, UNEC Karyera Mərkəzi ilə tanış olduq. Sonra Rektor Ədalət Muradovun Şura qarşısında hesabatını dinlədik. Ali məktəb rektorunun İctimai Şuralar qarşısında hesabatı ilk dəfədir baş tutur və əminliklə bildirmək istəyirəm ki, bu addım yeni çağrışlara səbəb olacaq.

UNEC ölkədə Ali təhsilin hərtərəfli inkişafı ilə bağlı yeniliklərə imza atan Ali məktəbdir. Professor Ədalət Muradov hesabatında UNEC-in Tədqiqat Universitetinə çevrilməsini hədəf seçdiklərini bildirdi. Universitetlə tanışlıq və rektorun hesabatından əmin olduq ki, bu istiqamətdə xeyli işlər görülüb. E-universitet modelinin yaradılması Dünya Universitetlərinin reytinq göstəricilərindən biridir. UNEC daxili vəsaitlər hesabına bu işin öhdəsindən layiqincə gələ bilib. Universitet idarəçiliyində, xüsusilə struktur islahatlarında ən mütərəqqi kontentlər seçilib. Bu günkü qənaətimiz belədir: UNEC-də təhsil almaq və işləmək qürurvericidir. Yeri gəlmişkən, tədbirdə iştirakına və maraqlı çıxışına görə Elm və Təhsil nazirliyinin yanında fəlaiyyət göstərən İctimai Şuranən sədri Günel xanım Səfərovaya və Şura üzvlərinə təşükkürümü bildirirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar