Menu

“Putinin sağlamlığına Qərbin həkimləri nəzarət edirlər” - Ukrayna kəşfiyyatı

26.01.2023, 13:50
“Putinin sağlamlığına Qərbin həkimləri nəzarət edirlər” - Ukrayna kəşfiyyatı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sağlamlığına ən yaxşı qərbli həkimlər nəzarət edirlər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsi rəisinin müavini Vadim Skibitski “Delfi”-fə müsahibəsində xəbər verib («UNİAN»).

Ondan soruşublar, Ukrayna kəşfiyyatı belə şayiələri təsdiqləyə bilərmi ki, Putin tezliklə öləcək. Ukraynalı ordu generalı, Xarici kəşfiyyat xidmətinin eks-başçısı Nikolay Malomuj hələ «sıfırıncı» illərdə bəyan edib - Vladimir Putin ciddi şəkildə xəstədir.

«Təəssüf ki, Putini ən yaxşı qərbli həkimlər müalicə edirlər, on görə o, hələ də yaşayır. Rusiyalılar müalicə etsəydilər, hər şey tez qurtarardı» - Skibitski cavab verib.

Hələ 2022-ci ilin noyabrında Olqa Kurnosova hiss edib ki, Putində şübhəli öskürək var və Olqa onun əlindəki plastıra diqqət yetirib. Elə həmin vaxt rusiyalı politoloq və şərhçi Valeri Solovey bəyan edib ki, Kreml diktatorunun sağlamlıq vəziyyəti «sürətlə pisləşir» və o, bir sıra kritik xəstəlikdən əziyyət çəkir.

Baş kəşfiyyat idarəsində əmindirlər ki, Putin xərçəng xəstəsidir. Yanvarın əvvəlində Budanov Kreml diktatorunun tezliklə, hələ müharibənin sonuna qədər öləcəyinə əmin olduğunu bildirib.

Putin Milad bayramı mərasimində iştirak edəndən və kilsədə yalqız dayandıqdan sonra, rusiyalılar şəbəkədə gerçək diskusiya başladırlar. Onlar hətta onun «həqiqi Putin» olub-olmadığını soruşurlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol