Menu

“Altılı masa” növbəti toplantısını keçirir

26.01.2023, 15:40
“Altılı masa” növbəti toplantısını keçirir

Bu gün CHP, İYİ Partiya, Gələcək Partiyası, Demokrat Partiya, Səadət Partiyası və DEVA Partiyasından ibarət “altılı masa” İYİ Partiyasının qərərgahında növbəti dəfə toplaşıb.

“AzPolitika.info” Türkiyə mediasına istinadla xəbər verir ki, gələcək hökumət proqramı olan Ümumi Siyasət Mətninin müzakirə ediləcəyi gözlənilir.

Prezidentliyə namizədlərini hələ də müəyyən edə bilməyən “altılı masa”nın təmsilçiləri bunu mart ayına saxladıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol