Menu

Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edəcək

15.11.2014, 19:17

azeri sulhmeramli orduSilahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindənverilən məlumata görə, noyabrın 17-dən 18-dək Ankarada Heydər Əliyev adına Hərbi Liseydən olan nümayəndə heyəti Türkiyə Quru Qoşunları Hərbi Məktəbini ziyarət edəcək.

Həmçinin nümayəndə heyətinin Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və İstanbul şəhərində (Türkiyə) Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol