Azərbaycanın Rusiyadakı Səfirliyi Tehrandakı səfirliyimizə qarşı edilmiş silahlı hücumla bağlı açıqlama yayıb.
Səfirlikdən “AzPolitika.info”ya daxil olan açıqlamada xain hücum zamanı həlak olmuş mühafizəçi Orxan Əsgərovun əvvəllər Rusiyadakı səfirlikdə çalışdığı xatırladılır və onun ailə üzvlərinə, xidmət yoldaşlarına səfir Polad Bülbüloğlunun adından dərin hüzünlə başsağlığı verilir.
“İnanırıq ki, bu vəhşi hücumu təşkil edənlər və törədənlər ən layiqli şəkildə cəzalarını alacaqlar”, -deyə açıqlamada qeyd olunur.
“AzPolitika.infio”


Şərhlər