Menu

Tehranın polis rəisi başqa vəzifəyə keçirilib - FOTO

27.01.2023, 16:55
Tehranın polis rəisi başqa vəzifəyə keçirilib - FOTO

Tehranın polis rəisi general Hüseyn Rəhimi bu gün Azərbaycan səfirliyinə hücumdan sonra vəzifəsindən kənarlaşdırılıb və başqa işə keçirilib. 

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib.

O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

Tehranın keçmiş polis rəisi general Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol