Menu

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumda İran hakimiyyətinin əli var” - Markov

27.01.2023, 17:23
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumda İran hakimiyyətinin əli var” - Markov

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda İran hakimiyyətinin əli var”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, İran mətbuatında davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparılması Tehran hakimiyyətinin günahının bir hissəsidir.

Politoloq qeyd edib ki, səfirlikdə törədilən terror aktı İran hakimiyyətinin öz ərazisində yerləşən diplomatik nümayəndəlikləri müdafiə edə bilməməsindən xəbər verir: "Azərbaycan səfirliyinə hücum İran hakimiyyətinin nüfuzuna ləkədir. Bu, İran hakimiyyətinin öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəlikləri qoruya bilmədiyindən xəbər verir və bununla da, özünü ciddi şəkildə nüfuzdan salır. Bundan əlavə, Azərbaycan səfirliyinə hücum çoxlarına Tehranda ABŞ səfirliyinin ələ keçirilməsini xatırlatdı. Bu, İran üçün rüsvayçılıqdır və bu ölkə üçün mənfi imic formalaşdırır”, - ekspert fikrini yekunlaşdırıb.

Şərhlər

ƏNHU 2023-01-27 22:56:23

Bəs rus məybuatda davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparılması hansı hakimiyyətin günahıdır? İkiniz də bir bezin qırağısız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol