Menu

“Elə bir ehtimal var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib" - Analitik

27.01.2023, 18:30
“Elə bir ehtimal var ki, hücum İran hökumətinin səssiz razılığı ilə həyata keçirilib" - Analitik

“Elə bir ehtimal var ki, sanki İran hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücuma səssiz razılıq verib”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “IHS Markit” konsaltinq şirkətinin MDB və Qafqaz ölkələri üzrə baş analitiki Aleksandr Melikişvili tviter səhifəsində yazıb.

“İran tərəfinin Azərbaycan səfirliyini hansı səviyyədə qoruduğu hücum edən şəxsin kabinədə oturan iranlı polisə əl yelləməsindən görünür. Bundan sonra polis telefonu götürüb harasa zəng edir. İlkin təəssürat belədir ki, hücumun İran hökumətinin səssiz razılığı ilə həyata keçirildiyini düşünmək üçün əsaslı şübhələr var”, – hücumun videogörüntülərini şərh edən A.Melikişvili yazır.

"İranın 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına nifrətlə yanaşması hamıya yaxşı məlumdur. İndi Azərbaycan tezliklə təhqiqat aparılmasını və bu hücumu törədən şəxsin ağır cəzalandırılmasını tələb edəcək", - o əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər

Mubariz 2023-01-27 19:51:04

alçaqlığa bax ,farsların «Səhər » kanalı hadisədən sonra həbsdə olması lazımkən müsahibə götürür ,bizlərdə mollalardan cəza tədbiri görməsini gözləyirik ,bir şeyə heyfsilənirəm o şərəfsizi tərksilah edən igidimiz onu ölümcül hala salmalı idi ,yəqin ki pusquda duran köpəklər tez gəlib çatıblar

Mubariz 2023-01-27 19:34:46

Sətirliyin qapısında duran köpəyin hərəkətindən də görünür ki erməni-fars hökumətinin bilgisi daxilində baş verib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol