Menu

G20 sammiti: Rusiya təzyiq altında

15.11.2014, 20:06
G20 sammiti: Rusiya təzyiq altında

[caption id="attachment_70346" align="alignleft" width="300"] Sammitin işinə qatılmaqdan əvvəl Vladimir Putin sanksiyaların beynəxalq hüquq normalarına zidd olduğunu deyib.[/caption]

Rusiya Ukraynadakı böhranda roluna görə Avstraliyanın Brisben şəhərinə gələn “Böyük iyirmilər” sammiti iştirakçıları tərəfindən qınanıb.

Kanadının baş naziri Stephen Harper Rusiya liderinə "Ukraynadan çıxmaq lazımıdır" deyib. Barack Obama Moskvanın "aqressiyası"nı "dünyaya təhlükə adlandırıb". Britaniya isə Rusiyanı yeni sanksiyalarla hədələyib.

Avstraliyanın Brisben şəhərində öz işinə başlayn iki günlük sammitin əsas mövzüsu iqtisadiyyatla bağlı olsa da, dünya liderləri Ukrayna böhranı ilə bağlı məsələlərə münasibət bildiriblər.

"Mən istərdim ki, müzakirələrin mərkəzində iqtisadi islahatlar məsələləri olsun”, - zirvə görüşünü açıq elan edərkən iştirakçılara müraciətində Avstraliyanın baş naziri Tony Abbott deyib.

"Hərçənd ki, bu bizim görüşümüzdür və hər biriniz istənilən mövzunu qaldıra bilərsiz”.

Avropa Şurasının rəhbəri Herman Van Rompuy Ukraynanın şərqində vəziyyəti sabitləşdirmək üçün Rusiyanı öz nüfuzundan istifadə etməyə səsləyib.

Sammitin işinə qatılmaqdan əvvəl Rusiya prezidenti Qərb ölkələrini Rusiyaya qarşı sanksiyalara görə qınayıb.

Vladimir Putin ABŞ və Aİ sanksiyalarını beynəlxalq hüquq və Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə zidd kimi dəyərləndirib.

Bundan əvvəl Britaniyanın baş naziri bildirib ki, Rusiyanın Ukraynadakı növbəti addımlarından əlavə sanksiyaları qəbul edilib-edilməyəcəyini müəyyənləşdirəcək.

"G20" dünya əhalisnin üçdə ikisinin yaşadığı 20 ölkədən ibarət qrupdur və qlobal iqtisadiyatın 85 faizi bu qrupa daxil olan ölkələrin payına düşür.

1999-cu ildə yaradılmış qrupun zirvə görüşləri 2008-ci ildən bəri daimi əsasda keçilir. /"BBC Azərbaycanca"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol