Menu

Müharibə Rusiyanın bank sektoruna sarsıdıcı zərbə vurub – Gəlirləri 12 dəfə azalıb

28.01.2023, 15:48
Müharibə Rusiyanın bank sektoruna sarsıdıcı zərbə vurub – Gəlirləri 12 dəfə azalıb

Rusiyada ayrı-ayrı kredit təşkilatları ili əhəmiyyətli itkilərlə başa vurublar.

Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzü fonunda 2022-ci ildə təcavüzkarın bank sektoru ötən ildəki ilə müqayisədə 12 dəfə az gəlir əldə edib.

«Kommersant» qəzetinin Rusiya Federasiyası Mərkəzi Bankına istinadla xəbər verdiyi kimi, 2022-ci ildə işğalçı ölkənin bank sektoru 203 milyard rubl əldə edib, bir il əvvəl elə həmin dövrdə gəlir 2,4 trilyon rubl olub («UNİAN»).

«Gəlir 2021-ci ilin rekord nəticəsi ilə müqayisədə əhəmiyyətli dəgəcədə azalıb, o zaman banklar 2,4 trilyon rubl qazanmışdılar. Bununla yanaşı 2022-ci ilin birinci yarısının zərəri 1,5 trilyon rubl olub - əsasən valyutaların yenidən qiymətləndirilməsinin nəticəsində» - materialda deyilir.

Eləcə də xəbər verilir ki, ayrı-ayrı kredit təşkilatları ili əhəmiyyətli itkilərlə başa vurublar.

AzPolitika.info

Şərhlər

t.ədalət 2023-01-28 18:26:48

İşallah, Rusiya tezliklə çökər,balalarımız da Qarabağdakı terrorçu rus ordusunun bəlasından qurtular.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol