“ŞOYQU MƏNƏ YALAN DEDİ...” - “Gerasimov isə...”

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Ukraynada müharibənin başlamasından bir neçə gün əvvəl rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündən danışıb.

“AzPolitika.info” xəbər verir ki, BBC-nin çəkdiyi “Putin Qərbə qarşı” adlı sənədli filmdə yer alan Uolles S.Şoyqunun ona yalan danışdığını bildirib.

Britaniyalı nazir deyib ki, fevralın 11-də Moskvada keçirilən görüşdə Şoyqu ona Ukraynaya qarşı hərbi müdaxilənin olmayacağını deyib: “Ancaq hər iki tərəf bilirdi ki, bu, yalandır... Fikrimcə, bu, “mən qüdrətliyəm” demək kimi bir şey idi. Bu soyuq və birbaşa yalan Rusiyanın Ukraynaya hücum edəcəyinə dair inamı təsdiqlədi”.

Uolles həmin görüşdə Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun da iştirak etdiyini bildirib. Britaniyalı nazir deyib ki, Gerasimov Ukrynaya qarşı müharibəyə başlayacaqlarına dair ona açıq eyham vurub: “Görüşü tərk edərkən general Valeri Gerasimov mənə dedi ki, “bizi bir daha alçalda bilməyəcəklər””.

Xatırladaq ki, eyni sənədli filmdə Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun da xatirələri yer alıb. Conson deyib ki, müharibədən az əvvəl Putin onu raket zərbələrilə hədələyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar