Strelkov Kremlin təbliğatını ifşa edir – “Uqledarla bağlı xəbərlər yalandır”

Donbasdakı silahlı separatizmin ilk “qaranquşlar”ından biri, Haaqa Məhkəməsinin terrorçu kimi barəsində qiyabi hökm çıxardığı Rusiya FTX-sının polkovniki İqor Qirkin(Strelkov) Ukraynanın şərqində gedən döyüşlərlə bağlı yeni paylaşımında Kremlin yalançı təbliğatını ifşa edib.

Qirkin bildirib ki, Rusiya ordusunun guya Uqledar, Maryinka və Vodyanoe istiqamətində cəbhəni yardığı barədə xəbərlər tam yalandır. Onun dediyinə görə, Maryinka istiqamətində hücum əməliyyatları böyük itkilər səbəbindən ümumiyyətlə, dayandırılıb, Uqledar şəhərində isə cəbhə yarılmayıb. Vodyanoye rayonunda da irəliləyiş olmayıb: “Uqledarda cəbhənin yarıldığına dair xəbərlər, gözlənildiyi kimi, yalan çıxdı”.

Strelkov qeyd edib ki, Uqledar istiqamətində rus ordusu Ukrayna Ordusu ilə müqayisədə olduqca əlverişsiz mövqedədir. 

Qirkin deyib ki, Rusiya ordusunun 11 aydır Donbasda davam edən hücumları böyük itkilərə səbəb olmaqla yanaşı, yalnız kiçik taktiki uğurlarla nəticələnib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar