Menu

“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” - Beynəlxalq Böhran Qrupu

30.01.2023, 15:13
“Danışıqların uzanması növbəti müharibəyə səbəb ola bilər” - Beynəlxalq Böhran Qrupu

Sülh sazişinin imzalanmaması, danışıqları uzanması Ermənistanla Azərbaycan arasında böyük insan itkisiylə sonuclana biləcək yeni müharibəyə səbəb ola bilər.

“AzPolitika.info” xəbər verir ki, Beynəlxalq Böhran Qrupu yanvarın 30-da açıqladığı hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, daha bir müharibə nəhəng insan itkiləri ilə sonuclanar, Avropa İttifaqı (Aİ), Rusiya və ABŞ-ın regionda gərginliyi azaltmaq niyyətinə zərbə vurar, onsuz da təlatümlü Avrasiyada sabitsizliyi gücləndirər.

Hesabatda deyilir ki, Ermənistan 2020-ci il münaqişəsindən sonra silah ehtiyatlarını yenidən doldurmağa çalışır.

“Bakının isə hərbi gücü və özünə inam var” - deyə, hesabatda vurğulanır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol