Zakir Həsənov general-mayor Rəhim Cəfərovu sərəncama göndərib
Müdafiə Naziri Zakir Həsənov daha bir generalı vəzifəsindən azad edib. Nazirin adına Facebook-da açılmış səhifədən məlumat yayılıb ki, Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o sərəncama göndərilib.
R. Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi.
V.Nəsibov
AzPolitika.info


Şərhlər