İsveçli nazir Türkiyə ilə bağlı suala cavab verməkdən yayınıb

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İsveçin ədliyyə naziri Qunnar Strömmer mütəşəkkil cinayətkarlıqla mübarizədə Avropa ölkələrini daha çox əməkdaşlığa çağırıb. Strömmer görüşdə ona verilən “Türkiyə ilə razılaşmaya əməl edəcəksinizmi?” sualına cavab verməkdən yayınıb.

Musavat.com xəbər verir ki, Avropa İttifaqının müəyyən etdiyi prinsiplərə hörmət etməyin üzv dövlətlər üçün mənəvi məsuliyyət olduğunu deyən Strömmer ilk növbədə Aİ ölkələri üçün narkotiklərlə mübarizə üzrə yeni və xüsusi bir agentlik qurmağı hədəflədiklərini və AP bunu dəstəkləsə, agentliyi 2024-cü ildə işə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Avropa Parlamenti (AP) Komitəsində ədalət sahəsində ekstremist birləşmələrin və irqçiliklə mübarizənin İsveçin prioritetləri olduğunu deyən Strömmer AP üzvləri tərəfindən sərt şəkildə tənqid edilib. İsveçdə artan ifrat sağçı və irqçi kütlənin siyasi mühitə daha çox təsir etdiyini deyən AP üzvləri İsveç nazirini irqçi siyasətə qarşı təsirsiz olmaqda ittiham edib.

Avropa Parlamentinin üzvlərinin tənqidlərinə qarşı özünü müdafiə etməyə çalışan Strömmer nasist siyasəti heç vaxt müdafiə etməyəcəklərini bildirib.

Bundan başqa isveçli nazir Türkiyə ilə sualı cavablandırmaqdan yayınıb.

O, jurnalistin ünvanladığı "Türkiyə ilə razılaşmaya əməl edəcəksinizmi" sualını cavabsız qoyub.

Strömmer bu məsələyə müavininin münasibət bildirəcəyini deyib. Nazir müavini isə “vaxtımız çatmır” deyərək sualı cavablandırmaqdan imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar