Azərbaycanda antiinhisar və haqsız rəqabət halları üzrə qaldırılmış işlər 3 dəfə artıb

Ötən il Azərbaycanda 2021-ci illə müayisədə antiinhisar və haqsız rəqabət halları üzrə qaldırılmış işlər 3 dəfə, baxılması başa çatmış işlər 2,2 dəfə artıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M. Abbasbəyli bildirib ki, ümumilikdə ötən il antiinhisar və haqsız rəqabət halları üzrə 60 iş qaldırılıb:

"Bunlardan 48-inin baxılması başa çatdırılıb. Antiinhisar halları üzrə 17 iş (16-nın baxılması başa çatdırılıb), haqsız rəqabət halları üzrə 43 iş (33 işin baxılması başa çatdırılıb) qaldırılıb. Baxılan işlər üzrə 6,47 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edilib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar