Azərbaycanın vergi orqanları ötən il 44 milyon manatdan çox ziyanı ödətdirib

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsini təmin edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ötən il vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması və s. faktlar üzrə İ Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 527 cinayət işi başlanılıb.

İstintaqı tamamlanmış 162 cinayət işindən 81 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, onlar barəsində müvafiq qərarlar qəbul edilib, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 17,1 milyon manat ödənilib.

2022-ci ildə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergi ödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar